Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın internet ödəmə portalının istifadəçilərinin sayı 130 min nəfərə çatıb


"Hesab.az" internet ödəmə portalının istifadəçilərinin sayı artıb.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda "Hesab.az"da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 130 min nəfərə çatıb.
 
 
"GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyaların, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
 
 
Qeyd edək ki, "Hesab.az" portalında "Şəxsi kabinet" bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
 
CAHANGİR




12/09/14    Çap et