Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı kitabxanalara kitabları müəlliflərdən icazəsiz rəqəmləşdirməyə icazə verib


Avropa İttifaqının Məhkəmə Palatası (The Court of Justice of the European Union) ictimai kitabxanalara kitabları rəqəmləşdirməyə və əldə edilmiş rəqəmli nüsxələri oxumaq üçün xüsusi terminallara yerləşdirməyə və bunun üçün nəşr edən qurumdan və müəllifdən icazə almamaqla bağlı qərar qəbul edib.

Bu həll "EU Copyright Directive"- intellektual mülkiyyətin qorunması məsələlərini tənzimləyən direktiv adlanan sənədə daxil edilən istisnalara əsaslanır.
 
Avropa İttifaqının məhkəmə orqanlarının qərarlarında bildirilir ki, ictimai və ya açıq kitabxanalar yuxarıda göstərilən kitabların rəqəmləşdirilməsi və yerləşdirilməsi işlərini o vaxt həyata keçirə bilərlər ki, onlar tədqiqatlarda, eləcə də, ziyarətçilərin şəxsi təlimləndirilməsi üçün istifadə ediləcək.
 
Aynur Vəliyeva 
 




13/09/14    Çap et