Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” ilkin sifarişlər üzrə rekorda imza atıb


Yeni “Apple iPhone 6” və “iPhone 6 Plus”  smartfonları birinci gün şirkətin tarixində rekord ilkin sifariş toplayıblar. Bu haqda “Apple”ın nümayəndəsi “Recode” portalına deyib.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, şirkət sentyabrın 12-də yeni smartfonlar üçün ilkin sifarişi əlçatan edib. Birinci qurğuların tədarükü sentyabrın 19-da başlanılacaq. O zaman smartfonları açıq pərakəndə satışdan satın almaq mümkün olacaq.
 
Şirkət ilkin sifariş olunmuş smartfonların dəqiq sayını açıqlamayıb.
 
Emil Hüseynov




13/09/14    Çap et