Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un peyk rabitəsi üzrə mütəxəssisi “Facebook”a keçib


“The Wall Street Journal” nəşri yazıb ki, “Google”un əsas əməkdaşlarından biri,  şirkətin xidmətlərində peyk rabitəsindən istifadə üzərində işləmiş Maykl Seytlin “Facebook”da müvafiq vəzifəyə keçib. Bu,  iki internet nəhənginin rəqabətində sosial şəbəkənin mövqeyini daha da gücləndirir.
 
“ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, Seytlin sentyabrın əvvəlində “Facebook”da işləməyə başlayıb. O, peyk qurğuları üzrə ekspertdir və Qreq Uaylerin başçılığı altında “Google” şirkətində işləyib.
 
Xatırladaq ki, “Facebook” və “Google” inkişaf etməkdə olan ölkələrdə internet qoşulmanın yaradılması üçün böyük səy göstərirlər. Nəhənglər yeni ölkələrin bazarında bu sahədə birinci olmağa ümid edirlər və peyk rabitəsi bu məqsədə çatmaq üçün əsas üsullardan biridir.
 
Emil Hüseynov
 




15/09/14    Çap et