Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əfqanıstan dövlət qulluğuna kadr seçimində İKT-nin tətbiqi üzrə Azərbaycan təcrübəsindən yararlanmaq niyyətindədir


Əfqanıstan müsabiqə vasitəsilə kadr seçimi, kadr seçimində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, dövlət qulluğu sahəsində mövcud olan çap məhsulları və əfqan dövlət qulluqçuları üçün müvafiq təlimlərin keçirilməsi məsələlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Əfqanıstanın Müstəqil İnzibati İslahat və Dövlət Qulluğu Komissiyasının sədri Əhməd Moşahed Bakıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovla görüşü zamanı səsləndirib.
 
Ə.Moşahed qeyd edib ki, dövlət qulluğu sahəsində Azərbaycan təcrübəsi Əfqanıstan üçün uyğundur.
 
CAHANGİR
 
 




16/09/14    Çap et