Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerspace-1” üzərindən beş yeni türk kanalının yayımına başlanıb


Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ölkənin ilk telekommunikasiya peyki "Azerspace-1" üzərindən yeni türk kanallarının yayımına başlayıb.

"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda "Azerspace-1" üzərindən 11046-H (EU) tezliyində Türkiyənin "Kanal D", "Star TV", "TV 8", "ATV", "Show TV" kanalları yayımlanır.
 
Qeyd edək ki, hazırda "Azerspace-1" üzərindən yerli "Azərkosmos" və "Teleradio" yayım paketləri ilə yanaşı, "İveriaSat", "UKRKOSMOS", "Əfqan", "USA" yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır.
 
Aynur Vəliyeva




18/09/14    Çap et