Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” yeni nəsil “Kindle” qurğularını nümayiş etdirib


"Amazon" internet şirkəti bu gün beş yeni "Kindle" planşet modelini təqdim edib. Yeni planşetlər "Amazon" üçün ənənəvi formatda hazırlanıb: planşetin qiyməti ucuzdur, amma qurğu "Amazon"un əsasən ödənişli xidmətləri ilə sıx əlaqəlidir.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni 99 dollarlıq "Kindle Fire HD" planşeti 149 dollarlıq "Kids Edition" ilə birgə təqdim edilib. "Amazon" şirkətindən bildirilib ki, uşaq sonuncunu sındırdığı halda şirkət qurğunu yenisi ilə əvəzləyəcək. Onlayn pərakəndə satış nöqtəsi, həmçinin elektron kitabların oxunması üçün nəzərdə tutulmuş yeni modellərini nümayiş etdirib.
Şirkətdən bildirilib ki, yeni "Kindle" modelləri oktyabrda satışa çıxarılacaq.


Emil Hüseynov




19/09/14    Çap et