Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zənginlər üçün sosial şəbəkə yaradılıb


İnternetdə “The Netropolitan Club” sosial şəbəkəsi işə salınıb. Bu şəbəkədən yalnız varlı insanlar istifadə edə bilər. Belə ki, qeydiyyatdan keçmək üçün 9 min dollar ödəmək lazımdır. Bundan başqa, illik 3 min dollar ödəmək lazımdır.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, resursun yaradıcıları sosial şəbəkənin üzvləri haqda informasiyanın üçüncü şəxslərə verilməyəcəyinə dair söz veriblər.
21 yaşdan yuxarı şəxslər bu şəbəkənin iştirakçısı ola bilər. Bundan başqa, qeydiyyat zamanı həqiqi məlumatları daxil etmək lazımdır.

Resursda reklam yerləşdirilməyəcək. Sosial şəbəkədə spam göndərilməsi sərt qadağandır.

Emil Hüseynov
 




19/09/14    Çap et