Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyada ilk “iPhone 6” alıcısı onu əlindən salıb


“iPhone 6” smartfonunun ilk alıcılarından biri Avstraliyanın Pert şəhərində çoxdan gözlənilən qurğunu əlindən salıb. Bu haqda “gizmodo.com” saytı yazıb.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 18 yaşlı Cek Kuksi “Apple”ın mağazasının çıxışında yerli telekanalın jurnalistlərinin suallarını cavablandırarkən “iPhone 6” smartfonunu əlindən salıb. O elə həyəcanlı idi ki, smartfonu qutudan çıxardarkən cihaz onun əlindən sürüşərək səkinin üzərinə düşüb. Amma yeni modelin ekranına ciddi zərər dəyməyib.

Emil Hüseynov




19/09/14    Çap et