Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” “Passport” smartfonunun satışına başlayır


“BlackBerry”nin direktoru Con Çen “the Wall Street Journal” nəşrinə müsahibəsində bildirib ki, onun şirkəti yaxın vaxtlarda kvadrat formalı “BlackBerry Passport” smartfonunun satışına başlayacaq.

Ənənəvi olaraq, “BlackBerry” şirkəti smartfonun satışına ABŞ və Kanada bazarlarından başlayacaq. Operatorla müqaviləsiz smartfon 599 dollara satılacaq. Müqayisə üçün ABŞ-da “iPhone 6” smartfonu 650 dollar təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Passport” smartfonu sentyabrın sonunda eyni zamanda Toronto, London və Dubayda nümayiş etdiriləcək.
 
“Passport” – bu, cari ildə “Blackberry” istifadəçiləri üçün nümayiş etdirilmiş ikinci qurğudur. Aparat 4,5 düym diaqonallı qeyri-adi kvadrat ekranla təchiz edilib. Smartfon “BlackBerry OS 10.3” əməliyyat sistemi ilə işləyəcək. Akkumulyatorun tutumu 3450 milliamper/saatdır ki, bu da  aparata 36 saat ərzində işləməyə imkan verir.
 
Smartfonun biznes istifadəçilər üçün nəzərdə tutulduğundan “Passport” qurğusunun alıcıları aparatda öncədən quraşdırılmış oyun, əyləncə proqram təminatı görməyəcəklər.
 
Emil Hüseynov




23/09/14    Çap et