Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” stasionar genişzolaqlı internetin inkişafına 4 milyard dollar sərmayə qoymaq niyyətindədir


Dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısı “Huawei Technologies” yaxın üç ildə stasionar genişzolaqlı rabitə texnologiyalarının tədqiqat və hazırlanmasına 4 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, son zamanlar mobil qurğular bazarına çox diqqət ayıran Çin şirkətinin nümayəndəsi bildirib ki, ev və ofisləri internetlə təmin edən genişzolaqlı rabitə xətləri şirkət üçün strateji investisiyaların prioritet istiqaməti olaraq qalır. Bu halda “Huawei” şirkətindən bildirilib ki, fiber-optik kommunikasiya, həmçinin virtual şəbəkə texnologiyaları sahəsində istifadə edilən fotonika sahəsində tədqiqat aparmağı planlaşdırır.
 
“Huawei” şirkəti stasionar genişzolaqlı internetin inkişafına yatırılan investisiyaları son dərəcə vacib hesab edir.
 
Emil Hüseynov
 




26/09/14    Çap et