Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio” İstehsalat Birliyi rəqəmli yayım avadanlıqları alır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İstehsalat Birliyi yeni avadanlıqların alınması ilə bağlı təkliflər sorğusu elan edib.  

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Teleradio” DVB-T2 standartlı rəqəmli yayım avadanlıqlarının satın alınması üzrə təkliflər sorğusu keçirir.
 
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 30-dək AZ1004 Bakı şəhəri, A.Abbaszadə küç. 2 ünvanında qəbul olunur.

Əlavə məlumat üçün maraqlanan təşkilatlar 498 77 80 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Aynur Vəliyeva



 




26/09/14    Çap et