Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa məktəbliləri daha çox ingilis, fransız və alman dillərini öyrənir



2014-cü ildə ingilis dili Avropa İttifaqına (Aİ) üzv 28 ölkənin məktəblərində ən yayılmış xarici dil olaraq qalıb. 
 
Avropa İttifaqı Statistika Komitəsinin məlumatına görə, məktəblilərin 97,1 faizi ingilis dilini öyrənib.
 
Populyarlığına görə ikinci yerdə fransız (34,1 faiz), alman (22,1faiz) və ispan (12,2 faiz) dilləri qərarlaşıb.
 
Xarici dil kimi ingilis dili 2014-cü ildə ən az Belçika (45,4 faiz), Lüksemburq (54,4 faiz) və Macarıstanda (62,6 faiz) öyrənilib.
 
Fransız dili daha çox Kipr (91,7 faiz), Rumıniya (85,7 faiz) və İtaliyada (69,9 faiz) populyardır.
 
2014-cü ildə alman dili daha çox Danimarka (məktəblilərin 73,5 faizi), Polşa (69,2 faiz) və Niderlandda (51,5 faiz) öyrənilib.
 
İsveç (42,3 faiz), Fransa (36,2 faiz) və Portuqaliya (21,6 faiz) məktəbliləri ən çox ispan dilinə həvəs göstərib. 




27/09/14    Çap et