Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın hansı smartfon modeli daha cazibədardır?


“PhoneArena” resursu öz oxucuları arasında sorğu keçirərək onların “Apple”ın hansı smartfonunun dizaynını uğurlu və cazibədar hesab etdiyini aydınlaşdırıb.

Sorğuda təxminən 4 min insan iştirak edib. Respondentlərin 40%-dən çoxu “iPhone 5s” smartfonuna səs verib. İkinci yerdə “iPhone 4/4s” (23,44% səs), “iPhone 6/6 Plus” (13.37%) isə üçüncü yerdə qərarlaşıb.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “iPhone 5c” smartfonu sıralamada sonuncu olub. Rəyi soruşulanların yalnız 2,25%-i ona səs verib.
 

Yeni “iPhone 6/6 Plus” smartfonlarına az səs verilməsi onunla bağlı ola bilər ki, respondentlərin bir çoxu bu qurğuları canlı görməyi və seçim edərkən yalnız internetdə əlçatan informasiyaya əsaslanıblar.
 
Emil Hüseynov




03/10/14    Çap et