Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Diplom haqqında məlumatlar” elektron xidməti əhalinin istifadəsinə verilib


Təhsil Nazirliyinin daha bir elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. "Diplom haqqında məlumatlar" adlanan yeni xidmət vasitəsilə vətəndaşlar öz diplomları barədə məlumatları iki şəkildə - diplomun seriya və nömrəsini daxil etməklə; şəxsiyyət vəsiqəsinin nömrəsinə görə əldə edə bilərlər.
 
Şəxsiyyət vəsiqəsinin nömrəsinə görə məlumat əldə olunarkən portaldan autentifikasiyadan keçmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-i avtomatik təyin olunur.
 
 
Yeni xidmətin istifadəyə verilməsi ilə Təhsil Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya edilmiş e-xidmətlərinin sayı 3-ə çatıb.
 
 
Qeyd edək ki, elektronlaşdırılan xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində "Elektron hökumət" portalı digər qurumlarla da birgə fəaliyyətini davam etdirir.
 
 
Həqiqət İSABALAYEVA




08/10/14    Çap et