Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 8” əsasında işləyən qurğular üçün pulsuz Azərbaycan əlifbası klaviaturası təqdim edilib


"AppStore" əlavə proqramlar dükanında  "iOS 8" üçün daha bir Azərbaycan əlifbası yığımlı klaviatura təqdim edilib. Yeni tətbiq tam ödəşsizdir.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni plaqinin müəllifi "Labrin" komandasının proqramçısı Amid Quliyevdir. Məlumat üçün qeyd edək ki,  "Labrin" komandası Kinotap, "Azerdict" və digər  layihələrin də  müəllifidilər.
 
Qeyd edək ki, analoji klaviatura bir neçə gün əvvəl rusiyalı proqramçı tərəfindənhttp://https://itunes.apple.com/az/app/azeri-keyboard/id923260112?mt=8 istinadında təqdim edilib, lakin onun qiyməti 99 sent olub.

Yeni "Azerbaijan Keyboard"ı  "iTunes"də https://itunes.apple.com/us/app/azkeyboard/id927438721istinadından yükləmək olar.
 
Aynur Vəliyeva




09/10/14    Çap et