Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” periskop şəklində kamera nümayiş etdirib


“HTC” şirkəti “Re Camera” mini-kamerasını nümayiş etdirib. Bu haqda şirkətin saytında yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu, cari smartofon istehsalçısının bu cür formal birinci cihazıdır. Cihazı normal həyat şəraiti üçün tətbiq etmək olar. Bununla belə, “Re Camera” “IPX7” standartını (1 metrədək dərinlikdə 30 dəqiqəyədək iş qabiliyyəti dəstəklənir) dəstəkləyir.
 
“Re Camera” “iOS” və “Android” platforması ilə işləyən smartfonlarla işləyir və 16 meqapiksellik datçik və çoxgenişbucaqlı obyektivə (baxış bucağı 146 dərəcədir, demək olar "balıq gözü"dür) malikdir. 1080p təsvir ölçüsü və saniyədə 30 kadr sürətindək video çəkilişi dəstəklənir.
 
Həmçinin 720p formatında saniyədə 120 kadr sürətlə video çəkilişi mümkündür.
 
Kamera bu ABŞ-da 200 dollar qiymətinə əlçatan olacaq. Cihaz narıncı, mavi, firuzəyi və ağ rənglərdə əlçatandır.
 
Emil Hüseynov




09/10/14    Çap et