Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti böyük ölçülü “iPad”in buraxılışını təxirə salır


"Foxconn Technology" şirkəti  "Apple"-ın yeni qurğularının istehsalını çatdıra bilmir və böyük ölçülü "iPad"in buraxılışı təxirə salınacaq.

"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" planşetlərin buraxılışını "iPhone 6 Plus" planşetofonunun istehsalında olan problemlərlə bağlı təxirə salır. Qeyd edək ki, öncə şirkət böyüdülmüş "iPad"in buraxılışını bu ilin dekabr ayına planlaşdırmışdı.
 
"Hazırda bizim əsas məqsədimiz böyük ekranlı smartfonlara olan tələbatı təmin etməkdir. Hazırda 5,5 düymlük ekrana malik olan "iPhone 6 Plus"un buraxılış templəri qənaətbəxş deyil. Displey istehsalçıları üçün resurslarını iki hissəyə bölmək və böyük ekranlı yeni planşetlərin istehsalına bir neçə ay sərf etmək çətin olacaq", - deyə şirkətdən olan mənbə bildirib.
Hazırda "Apple" mobil qurğularının əsas istehsalçısı "Foxconn Technology" yeni smartfonların istehsalı üçün işçi çatışmazlığı yaşayır, halbuki istehsala 200 mindən çox əməkdaş cəlb edilib.

Qeyd edək ki, oktyabrın 16-da "Apple" şirkəti yeni "iPad Air" və "iPad Mini" planşet modellərini bazara çıxaracaq.
 
Aynur Vəliyeva
 




11/10/14    Çap et