Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Mobil ödənişlər: inkişaf problemləri və perspektivləri” mövzusunda beynəlxalq seminar işə başlayır


Bakıda oktyabrın 14-16-da Beynəlxalq Rabitə İttifaqının MDB ölkələri üçün “Mobil ödənişlər: inkişaf problemləri və perspektivləri” mövzusunda seminar keçiriləcək.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində İTU-nun və Beynəlxalq Hesablaşmalar Bankının mobil qurğular əsasında servislərin tətbiqi sahəsində gördükləri işlər, dünyanın müxtəlif regionlarında mobil ödənişlərin   təkamülü, MDB ölkələrində mobil ödənişlərin inkişafı təcrübəsi, Mobil ödəniş sistemləri ilə bağlı texnoloji məsələlər və təhlükəsizliyin təmin edilməsi mövzularında məruzələr təqdim ediləcək.
 
 
Seminarın sonunda “MDB regionunda mobil bankinq sistemlərinin inkişafına kompleks baxış” mövzusunda yekun “dəyirmi masa” keçiriləcək.
 
 
Aynur Vəliyeva
 




13/10/14    Çap et