Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” Finlandiyanın iki aparıcı sahəsini məhv edib


Finlandiyanın baş naziri Aleksander Stubb hesab edir ki, “Apple”-ı adıçəkilən ölkənin iki ən böyük sənayesinin (telefon və kağız istehsalı) tənəzzülünə görə məsuliyyətli hesab etmək olar. O, CNBC telekanalına müsahibəsində bu haqda deyib.

“Standard & Poor” (S&P) reytinq agentliyi oktyabrın 10-da Finlandiyanın reytinqini AA+-dan AAA-ya azaldıb. Aleksander Stubb telekanala müsahibəsində deyib: "iPhone Nokia-nı, iPad Finlandiyanın kağız sənayesini məhv etdi, amma biz qayıdacağıq!"

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, son bir neçə ildə Finlandiya şirkəti “Apple” və “Samsung” kimi istehsalçılara görə bazarda xeyli pay itirib.

Finlandiya Avropanın ən böyük kağız istehsalçısıdır, “UPM-Kymmene” və “Stora Enso” yerli şirkətləri tədarük edir. Amma dünyada bu məhsulun tədarükü son bir neçə ildə xeyli azalıb.

Finlandiyanın baş naziri əmindir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində və meşə sənayesində itirilmiş mövqe geri qaytarılacaq: "Meşə sektoru bioenergetika hesabına bərpa olunacaq. Yeni “Nokia” isə şəbəkə avadanlığı sahəsində özünü göstərəcək".

Emil Hüseynov




14/10/14    Çap et