Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti “One (M8) Eye” smartfonunu nümayiş etdirib


“HTC” şirkəti yeni smartfonunu nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “HTC One” (M8) Eye smartfonu 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib.

Bundan başqa, qurğuda “4G LTE”, “Wi-Fi 802.11 a/ac/b/g/n (2,4 və 5 QHs)”, “GPS/QLONASS” və “aptX” dəstəkləyən “Bluetooth 4.0” simsiz rabitə modulları, 2600 milliamper/saat tutumunda akkumulyator mövcuddur və “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir.

Bundan əvvəl nümayiş etdirilmiş “HTC One” (M8) qabaqcıl modeli də eyni xarakteristikalara malikdir. Yeganə fərq kamerasındadır: dörd "ultrapiksellik" fotomodulun əvəzinə “HTC One (M8) Eye” smartfonunda ikiqat kamera istifadə olunur.

Çində “HTC One (M8) Eye” smartfonu üçün artıq ilkin sifariş açılıb. Cihazın qiyməti təxminən 650 dollar təşkil edir.

Emil Hüseynov
 




14/10/14    Çap et