Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya yayım şirkəti əməkdaşların “iPhone” smartfonundan istifadəyə öyrədilməsinə 220 min funt-sterlinq xərcləyib


Böyük Britaniyanın büdcədən maliyyələşdirilən “BBC” (British Broadcasting Corporation) yayım şirkəti üç il ərzində 783 əməkdaşın “iPhone” smartfon modelindən istifadəyə öyrədilməsinə 220 min funt-sterlinq sərf edib. Bu barədə “Daily Mail” nəşri məlumat verib.

Bu barədə məlumat açıqlanandan sonra çoxları bu məbləğdə vəsaitin xərclənməsini başa düşməyib. Vergiödəyiciləri Alyansının rəhbəri Endi Silvestr “BBC” tərəfindən geniş yayılmış qurğudan istifadənin öyrənilməsinə böyük məbləğdə vəsaitin sərf olunmasından çox təəccüblənib. O qeyd edib ki, “iPhone”dan istifadəni bütün yeniyetmələr bacarır. “Bu səbəbdən peşəkarlar da bunu edə bilər”, - alyans rəhbəri vurğulayıb.  
Yayım şirkətinin nümayəndələri bəyan ediblər ki, qurğular yalnız iş üçün lazım olan əməkdaşlara ayrılır.
Son iki ildə “BBC” “Apple” şirkətinin qurğularından istifadəyə üstünlük verir və əməkdaşlar üçün 4266 “iPhone” smartfon modelinin, 427 “iPad” planşet kompüterinin və 815 “Mac” masaüstü kompüterinin alınmasına 2,5 milyon funt-sterlinq xərcləyib, - "Lenta ” yazır.




14/10/14    Çap et