Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində ən populyar insan kimdir?


Tanınmış futbolçu Kriştiano Ronaldo “Facebook” sosial şəbəkəsində ən məşhur insan olub. Futbolçu dünən adı çəkilən sosial şəbəkənin rəsmi səhifəsində 100 milyondan çox abunəçi toplayıb və bununla əlaqədar videomüraciət edib.
 
"Hər kəsə təşəkkür edirəm, nəhayət, “Facebook”da 100 milyon dostum var" –deyə  Ronaldo təşəkkür edib. O, həmçinin bu göstəriciyə nail olduğu üçün çox şad olduğunu vurğulayıb.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, beləliklə, Ronaldo hazırda sözügedən sosial şəbəkədə bu sayda “like” toplamış yeganə insandır.
 
Emil Hüseynov
 




15/10/14    Çap et