Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sazz”-dan yeni sərfəli kampaniya


Azərbaycanda "WiMAX 4G" texnologiyası əsasında fəaliyyət göstərən simsiz genişzolaqlı İnternet provayderi Müstəqillik Günü münasibətilə mövcud və yeni müştəriləri üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.

Kampaniya müddətində oktyabr ayının 18, 19 və 20-də "Sazz İnternet" abunəçi müqaviləsini imzalayıb 3 (üç)  aylıq abunə haqqını (75 AZN) əvvəlcədən ödəyən yeni müştərilərə "Sazz USB Flash" modemi hədiyyə ediləcək.

Xatırladaq ki, "Sazz 4G İnternet" yeni abunəçilərə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmə imkanını verir.

Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi,17 B ünvanında yerləşən baş ofisində, eləcə də digər "Sazz 4G" satış nöqtələrində keçərli olacaq.

"Sazz 4G" genişzolaqlı simsiz İnternet xidməti Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Lənkəran, Lerik, Masallı və Astara şəhərlərində xidmət göstərir.

RƏVAN






17/10/14    Çap et