Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ATV Spor” “Azerspace-1” peykinin resurslarından istifadəyə başladı


Sentyabr ayından etibarən Türkiyənin ATV kanalının nəzdində fəaliyyətə başlayan "ATV Spor" kanalı "Azerspace-1" telekommunikasiya peykinin tutumlarından istifadə etməyə başlayıb. Adından da göründüyü kimi, yeni yaradılmış kanal idman yarışlarının yayımı üzrə ixtisaslaşıb və Türkiyədə keçirilən bütün idman oyunlarını milli peykimizin resurslarından yararlanaraq yayımlayır. Kanal rəhbərliyi "Azerspace-1" peykinin yayım keyfiyyətlərindən razı qaldığını və işbirliyinin uzunömürlü olacağına əmin olduğunu bildirib.
 

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.  





17/10/14    Çap et