Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”da 12 saat müddətində dərc edilmiş fotoşəkillərin hündürlüyü “Everest” zirvəsi qədərdir


“Photoworld” fotostudiyasının yaratdığı interaktiv infoqrafika “Instagram”ın miqyasını əyani göstərir. Layihənin yaradıcıları təsəvvür ediblər ki, bir ildə adı çəkilən sosial şəbəkədəki bütün şəkilləri çap edərək onları üst-üstə yığsaq nə olar?
 
Məlum olub ki, hər il “Instagram”a yüklənilən 21.9 milyard fotoşəklin hündürlüyü 6,351 min kilometr təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, infoqrafikadan məlum olur ki, 37 dəqiqədə istifadəçilərin dərc etdikləri fotoşəkillərdən Empayr-Steyt-Bildinq (443 m) ilə müqayisə edilə bilən qüllə tikmək olar. 12 saat müddətində şəkil yığınının hündürlüyü Everest (8848 m), 26 gündə isə Beynəlxalq Kosmik Stansiya (460 min m) hündürlüyünə çatır.
 
Emil Hüseynov
 
 




20/10/14    Çap et