Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada internet trollara iki il müddətinə həbs cəzası kəsilməsi təklif edilib


“The Daily Mail” nəşri yazır ki, Böyük Britaniyanın ədliyyə naziri Kris Qreylinq internet trolları iki il müddətinə həbsxanaya salmağı təklif edib. Qreylinq britaniyalıların həyatını zəhərləyən trolları qorxaq adlandırıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu təşəbbüs sosial şəbəkələrdə məşhurların tez-tez təhqir edilməsinə görə təklif edilib. İnternet trollar onların bəzilərini, hətta ölümlə hədələyir.
 
Böyük Britaniyada artıq internet trolları altı aylıq həbs cəzasına məhkum edən qanun mövcuddur.
 
“Twitter” mikrobloqlar xidmətinin rəhbərliyi avqustun sonunda öz istifadəçilərini trolların hücumlarından qorumağa söz verib.
 
Emil Hüseynov




20/10/14    Çap et