Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb


V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb. Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub. Bunlardan 127-si müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməyib.
 
 İkinci mərhələyə buraxılmış 978 layihə qiymətləndirilmək üçün müvafiq Ekspert Komissiyasına təqdim olunub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.
 
 
Qeyd edək ki, müsabiqə “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, “Dr.Web”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.
 
 
Həqiqət İSABALAYEVA




24/10/14    Çap et