Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyənin İKT şirkətləri Bakıya gəlir


Bu ayın 30-da Bakıda Azərbaycan-Türkiyə Biznes Forumu keçiriləcək. Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq forumda qardaş ölkənin bir sıra tanınmış iş adamları, biznes strukturları və dövlət nümayəndələri iştirak edəcək.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından  məlumat verilib.
 
Konfederasiyadan bildirilib ki, sözügedən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Türkiyə şirkətlərinin iştirakı nəzərdə tutulur.
 
 Burada qardaş ölkənin dünyaca məşhur olan firmaları, o cümlədən informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış istehsal müəssisələrinin nümayəndələri öz məhsulları haqqında geniş məlumat verməklə yanaşı, ortaq layihələrin həyata keçirilməsi istiqamətində danışıqların aparılması planlaşdırılıb.
 
 
Forum 09:00-da “Fairmont Bakı” otelinin “Üzeyir Hacıbəyov” zalında keçiriləcək. Tədbirdə iştirak etmək istəyən maraqlı tərəflər ASK-ya müraciət edə bilərlər.
 
 
SEYMUR




24/10/14    Çap et