Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bağlanmış “Twitpic” fotohostinqinin bazası artıq “Twitter”ə məxsusdur


“Twitter” mikrobloqlar xidməti “Twitpic” fotohostinqinin domen və istifadəçi bazasını satın alıb. Bu haqda şirkətin bloqunda “Twitpic”in yaradıcısı Noa Everett bildirib.
 
Beləliklə, xidmətin istifadəçilərinin fotoşəkilləri sosial şəbəkəyə məxsus olacaq və istinadlar əvvəlki kimi aktiv olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, amma “Twitpic” bağlanacaq və yeni fotoşəkillərin yüklənməsi əlçatmaz olacaq. “iOS” və “Android” əməliyyat sistemləri üçün tətbiqlər artıq silinib. Bununla belə, “Twitpic” istifadəçiləri hər hansı məzmunu və ya ümumiyyətlə, hesabı silmək üçün hələ də öz hesabına daxil ola bilərlər. Həmçinin arxivin yüklənməsi funksiyası əlçatandır.
 
“Twitpic” əvvəllər “Twitter”ə fotoşəkillərin yüklənməsi xidməti kimi populyar olub, çünki sosial şəbəkə uzun müddət müvafiq opsiyaya malik olmayıb. “Twitter” müvafiq alətləri təqdim edən kimi kənar fotohostinqlər istifadəçilərini itirməyə başlayıb.
 
Emil Hüseynov
 




27/10/14    Çap et