Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakı 2015 - I Avropa Oyunları”na dair markalar təqdim olunacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti ölkəmizdə keçiriləcək daha bir möhtəşəm tədbir münasibəti ilə poçt markaları dövriyyəyə buraxacaq.
 
Belə ki, iyunun 12-dən 28-dək paytaxt Bakının ev sahibliyi edəcəyi “Bakı 2015 - I Avropa Oyunları”na həsr edilmiş 6 marka çap olunacaq. Markaların üzərində Heydər Əliyev adına Arena, Milli Stadion, Tofiq Bəhramov adına Stadion, Milli Gimnastika Arenası, Bakı Kristal Zalı və Bakı Su İdmanı Mərkəzinin təsvirləri yer alacaq.
 
Qeyd edək ki, Avropa Oyunları 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6000-dən çox yüksək dərəcəli idmançını bir araya gətirəcək.
 
CAHANGİR




28/10/14    Çap et