Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın dağ-xizək kompleksləri markalarda əksini tapıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti təqdim etdiyi poçt markalarının sırasına yenilərini əlavə edib.
 
Belə ki, şirkət bu dəfə qış idman növlərinə dair iki marka çap etdirib.
 
Markaların birinin üzərində Qəbələ “Tufan” dağ xizəyi kurortunda snouborder  və digərində isə Qusar “Şahdağ” dağ-xizək kurortunda dağ xizəkçisi təsvir edilib.
 
Markaların hər birinin nominal dəyəri 50 qəpik təşkil edir.
 
CAHANGİR




29/10/14    Çap et