Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” üçün “Skype” fotoşəkilləri saxlamağı və avatarları sinxronlaşdırmağı “öyrənib”


“Microsoft” şirkəti “iPhone” smartfonu üçün “Skype VoIP” messencer tətbiqini yeniləyib. 5.7 versiyasında fotoşəkilləri saxlamağa və silməyə imkan verən yeni funksiya əlavə olunub. Bundan başqa, yeni çatlar daha sürətli yüklənməyə başlayıb.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, məsələn, əgər danışıq zamanı siz fotoşəkil çəkərək onu saxlamaq istəyirsinisə, barmağı təsvirin üzərində bir neçə saniyə saxlayaraq "Saxlamaq" seçmək lazımdır. Eyni üsulla lazımsız şəkli silmək olar.

Bundan başqa, filter siyahıları təkmilləşdirilib və bəzi "ümumi təkmilləşdirmələr" edilib.
Ayrı əlaqələr və qruplar üçün avatarı bütün platformalarda sinxronlaşdırmağa başladılar.
5.7 versiyasını “App Store” onlayn mağazasından yükləmək olar.

Emil Hüseynov




31/10/14    Çap et