Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandilli “Vikipediya”da “Ədəbiyyat ayı” elan olunub


Noyabr ayı azərbaycandilli “Vikipediya”da “Ədəbiyyat ayı” elan olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə,  “Ədəbiyyat ayı” – “Mövzulu ay” layihəsinin bir hissəsi kimi ədəbiyyat haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
 
 
Layihə iştirakçıları “Vikipediya: Mövzulu ay/Ədəbiyyat ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin ədəbiyyatla bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 
 
Qeyd edək ki, bu layihə  Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
 
 
CAHANGİR




03/11/14    Çap et