Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni dərslik portalının geniş istifadəsinə başlanılıb


Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni “http://www.e-derslik.edu.az” elektron dərslik portalı ictimaiyyət tərəfindən geniş şəkildə istifadə olunmağa başlayıb.
 
Bu günə qədər portaldan istifadə edənlərin ümumi sayı 3745 nəfər, o cümlədən Bakı şəhəri üzrə 2000 nəfər, Sumqayıt şəhəri üzrə 265 nəfər, Gəncə şəhəri üzrə 97 nəfər təşkil edir. Nazirlikdən qeyd edilib ki, portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur. Daha çox isə Azərbaycan dili (746 nəfər), riyaziyyat (646), biologiya (597) və ingilis dili (521) elektron dərsliklərindən istifadə olunub.
 
Hələlik yalnız Azərbaycan bölməsi üzrə 6-cı sinif elektron dərsliklər portala yerləşdirilib.
 
 Cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin portalda yerləşdirilməsi nəzərdə tutulub.
 
 
HƏQİQƏT




03/11/14    Çap et