Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” üzrə ixtisasartırma kursları keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndə heyəti noyabrın 3-dən 7-dək Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında aparılan “Elektron Hökumət” ixtisasartırma kurslarında mühazirəçi qismində iştirak edib. 


MHM-dən verilən məlumata görə, mərkəzin nümayəndələri elektron hökumət, onun infrastrukturu, formalaşdırılması və inkişaf mərhələləri, beynəlxalq təcrübə, inkişaf göstəriciləri, gələcək perspektivlər, mobil hökumət, e-imza, dövlət reyestrləri və s. üzrə prezentasiya əsasında ətraflı məlumat veriblər.

Həmçinin, “Elektron hökumət” portalı (www.e-gov.az) və E-imza (www.e-imza.az) saytları üzrə sual-cavab şəklində açıq müzakirələr aparılıb. Dinləyicilərə pulsuz e-imza verilməsi üçün xüsusi kuponlar paylanılıb və e-imzanın onlayn sifariş mərhələləri əyani şəkildə izah edilib.

Təlimin növbəti  günlərində kurs dinləyicilərinə e-imza kartları, kart oxuyucular hədiyyə edilib və “Elektron hökumət” bülletenləri paylanılıb. “Elektron hökumət” portalında olan e-xidmətlər əyani şəkildə test edilərək iştirakçılara nümayiş etdirilib.

Təlimlərin son günündə isə iştirakçılara “Elektron imza” infrastrukturu barədə prezentasiya üzrə geniş məlumat verilib.

CAHANGİR
 
 




07/11/14    Çap et