Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” 10 yaşını qeyd edir


“Firefox” bloqunun məlumatına əsasən, populyar “Mozilla Firefox” brauzeri 10 yaşını qeyd edir.
 
“Mozilla” qeyri-kommersiya təşkilatıdır. Təşkilatın gəlirinin (2012-ci ildə 90%) çox hissəsi “Google” şirkətinin köməyi ilə formalaşır. Xatırladaq ki, “Firefox 1.0” brauzeri 10 noyabr 2004-cü il tarixində istifadəyə verilib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Mozilla” brauzeri “Firefox 33.1” versiyasında yeni funksiyaları işə salmaqla on yaşını qeyd edib. Yeniliklərdən biri brauzerin alətlər panelində “Forget” ("Unutmaq") düyməsi olub: istifadəçi son beş dəqiqə, iki saat və ya gün ərzində brauzerin tarixçəsini bir anda silə bilər.
 
Yeni versiyada, həmçinin “DuckDuckGo” təhlükəsiz axtarış sistemindən istifadə etmək imkanı əlçatan olub. Bu axtarış sistemi daha məxfidir, çünki istifadəçilər haqda daha az məlumat toplayır, axtarış sorğularının tarixçəsini qeydə almır və hesab yaradılmasını tələb etmir.
 
Emil Hüseynov
 





11/11/14    Çap et