Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetskopiya üzrə aparılan tədqiqatlar informasiya təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək


İnternetskopiya istiqamətində aparılan tədqiqatlar hər bir ölkənin qlobal məkanda vəziyyətini təyin etməyə, o cümlədən informasiya təhlükəsizliyinin artırılmasına, iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək.

Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev İTİ-də keçirilən 17 saylı şöbənin elmi seminarında bildirib.
 
 İTİ-dən verilən məlumata görə, şöbə əməkdaşları, doktorant və dissertantların iştirak etdiyi seminarda institutun dissertantı Rahid Ələkbərli “İnternetskopiya: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusunda çıxış edib.
 
Natiq internetskopiyanın tarixi, dünya alimlərinin bu mövzu ilə bağlı mövqeyi və təklif etdikləri yanaşmalar haqqında ətraflı məlumat verib, internetin genişlənməsinin insanların sosial həyatına, sənaye sektoruna, dövlət strukturlarına və digər sahələrə təsiri, eyni zamanda bu sahədə mövcud problemlərdən söz açıb.
 
 Seminarda internetskopiyanın perspektivləri, internet məkanında mərkəzləşdirilmiş idarəetmə imkanları, dinamik və analitik verilənlərin toplanması və analizi ilə əlaqədar məsələlərin həlli yolları müzakirə edildi, sual və təkliflər səsləndirilib.
 
 
 
Həqiqət İSABALAYEVA




11/11/14    Çap et