Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq istifadəçilər axtarış sistemi vasitəsilə istədikləri “Nar” nömrəsini onlayn sifariş edə biləcəklər


“Nar Mobile” mobil operatoru yeni “www.narsim.az” İnternet saytını istifadəçilərinin xidmətinə verdi. Bu sayta daxil olanlar istədikləri hər hansı bir “Nar” nömrəsini satışda olan nömrələr arasında axtara biləcəklər.

İstifadəçinin axtardığı nömrə sistemdə olarsa, onlayn sorğunu cavablandırmaqla onu sifariş etmək mümkün olacaq. Sifariş əsasında istifadəçi ilə əlaqə saxlanılır və qısa müddət ərzində nömrə sifarişçiyə təqdim olunur.  
 
 
Qeyd edək ki, saytda olan axtarış sistemi çox sadədir. İnternet səhifəyə daxil olanlar prefiksi seçdikdən sonra istədikləri nömrəyə uyğun olaraq, istənilən ən azı üç xananı doldurmaqla axtarış edə bilirlər. Axtarışın nəticəsi iki tərzdə – qiymətə və nömrələrin ardıcıllığına görə təqdim olunur. Axtarış nəticəsində sistemdə tapılan nömrələrin tam sayı yuxarıda qeyd edilir. Bu xidmətdən Azərbaycan ərazisində adı, soyadı və əlaqə nömrəsini sistemə daxil etmiş hər bir sifarişçi yararlana biləcək.

Gələcəkdə “www.narsim.az” səhifəsinin əlavə funksiyalar vasitəsilə daha da mükəmməlləşdirilməsi gözlənilir.    
 





11/11/14    Çap et