Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts “Microsoft”un 925 milyon dollar məbləğində səhmlərini satıb


Bill Qeyts həmtəsisçisi olduğu “Microsoft” şirkətinin səhmlərini satmağa davam edir. Milyarder ötən ayın sonunda qiymətli kağızların növbəti hissəsini satıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Computer World”un məlumatına görə, 2014-cü il oktyabrın 27-dən 31-dək Bill Qeyts 45,92 - 46,76 dollar qiymətinə təxminən 20 milyon səhm sataraq 925 milyon dollar qazanıb.

Qeyts hazırda “Microsoft”un 13.6 milyard dollar dəyərində 278 milyon səhminə sahibdir.
“Microsoft”un keçmiş rəhbəri hər rüb şirkətin təxminən 20 milyon səhmini satır və qazandığı pulu xeyriyyəçiliyə istiqamətləndirir. Bu templə Qeyts dörd il sonra “Windows” istehsalçısı səhmdarlarının tərkibini tərk edəcək.

Emil Hüseynov




11/11/14    Çap et