Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu – 2014” müsabiqəsinin qalibləri bəlli oldu


İnformatika müəllimləri arasında keçirilən "Ən yaxşı videotədris resursu – 2014" müsabiqəsinin nəticələri məlum oldu.

Müsabiqə şərtlərinə görə, resurslar ümumtəhsil məktəbləri üçün I-XI siniflər üzrə "İnformatika" dərsliklərində olan mövzular əsasında hazırlanmalıdı, videodərs və ya videodərslərin izahatı Azərbaycan dilində olmalı idi.
 
Eyni zamanda müsabiqəyə təqdim olunan bütün videodərslər internetdə yerləşdirilərək, ekspertlər tərəfindən qiymətləndirilib.
 
Beləliklə, birinci yerin qalibləri  "Turbo Pascal redaktoru" layihəsi üzrə Natəvan Mustafayeva, "HTML dili" layihəsi üzrə Aynur Çakabay olub.
 
 İkinci yerin qalib layihələri isə  "MS Excel -2007" (Sənubər Məmmədova), "Kompüter nəsilləri" (Nigar Qəhrəmanova) olub.
 
Üçüncü yerin sahibləri Nailə İsmayılova ("Şəbəkə Texnologiyası"), Çinarə Bayramova ("Dövri alqoritmlər"), Leyla Mustafayeva ("Say sistemləri"), Almaz Qurbanova ("Fayl və qovluqlar"), Əsmər Cəfərova ("SketchUp proqramında evin hazırlanması"), Ramil Cəfərov ("Fraqmentlər üzərində iş"), dördüncü yerin (həvəsləndirici) sahibləri isə Xanım Əliyeva, Lətafət Nəsibova, Kifayət Mövsümova və Kənan İsmayılov olublar.
 
Təşkilat Komitəsindən bildirilib ki, qaliblərin mükafatlandırılması 14 noyabr saat 10:30-da Bakı şəhəri 283 saylı məktəbdə (ünvan: 8 m/r, "Azadlıq prospekti" metrostansiyasının yanı, "İstanbul" klinikasının arxası) keçiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA





12/11/14    Çap et