Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” əməliyyat sistemini və “Microsoft Office 2010” proqramlarını əhatə edən yeni test tapşırıqlarının müzakirəsi aparılıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib.

Komissiyadan verilən məlumata görə, iclasda informatika fənni üzrə 2015/2016-cı tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramına uyğun hazırlanmış “İnformatika” vəsaitində təqdim olunacaq “Windows 7” əməliyyat sistemini və Microsoft Office 2010 proqramlarını əhatə edən yeni test tapşırığı nümunələri müvafiq bölmələr üzrə müzakirə edilib.

Noyabrın 18-də keçiriləcək növbəti seminarda 2014-cü ildə magistratura səviyyəsinə qəbul imtahanında informatika üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-statistik təhlili təqdim ediləcək.


CAHANGİR




12/11/14    Çap et