Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” öz sosial şəbəkəsinin xüsusi ofis versiyasını yaradır


Dünyanın ən böyük sosial şəbəkəsi yeni “Facebook at Work” xidməti üzərində işləyir.

“Financial Times” nəşri yazır ki, yeni xidmət qruplar, əlavələr və xəbər lentləri daxil olmaqla “Facebook”un tam funksionallığına malik olacaq. İki ayrı profildən (şəxsi həyat üçün "şəxsi" və müvafiq ehtiyaclar üçün "işçi") istifadə imkanı yeni xidmətin özəlliyi olacaq.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, şirkət “Facebook at Work” xidməti üzərində artıq bir ildən çoxdur işləyir və hazırda seçilmiş şirkətlərlə yeni xidməti sınaqdan keçirir.

“Facebook” yeni xidmətini istifadəyə verməklə iş vaxtı rəhbərliyin qadağasına görə sosial şəbəkədən istifadə edə bilməyən istifadəçiləri özünə cəlb etmək istəyir. Xatırladaq ki, hazırda “Facebook”un auditoriyası 1,3 milyard istifadəçidən ibarətdir.

Emil Hüseynov




17/11/14    Çap et