Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Adsız planşetlər dünya bazarında “Apple” şirkətini sıxışdırır


Cari ilin üçüncü rübündə adsız (white box) planşetlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 16,5 milyon təşkil edib.

Beləliklə, adsız planşetlər dünya bazarında 30%-ə sahiblənərək “Apple” və “Samsung” şirkətlərini ötüb. “Strategy Analytics” analitik şirkətinin tədqiqat məlumatları buna sübutdur.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, müvafiq dövrdə “Apple” planşetlərinin tədarükü 13% azalaraq 12,3 milyon təşkil edib. Beləliklə, ABŞ şirkətinin dünya bazarında payı 22,3% olub. “Samsung” planşetlərinin tədarükü 8% azalaraq 9,7 milyon təşkil edib və şirkətin dünya bazarında payı 17,6% olub. Sonrakı pillələrdə “Acer” və “Lenovo” şirkətləri qərarlaşıblar.
Ümumilikdə 2014-cü ilin üçüncü rübündə planşetlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 52 milyon olub.

Mobil əməliyyat sistemlərinə gəlincə, “Android” 72% (39,8 milyon qurğu) göstərici ilə əvvəlki kimi qlobal planşet bazarında lider mövqe tutur.

Emil Hüseynov
 




18/11/14    Çap et