Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda telefon-avtomatlar ödənişsiz qiqabit “Wi-Fi” ilə əvəz ediləcək


Nyu-York hakimiyyətinin elan etdiyi “LinkNYC” proqramı çərçivəsində şəhərin küçələrində yerləşdirilmiş ödənişli telefon-avtomatlar qiqabit “Wi-Fi” çıxış nöqtələri ilə əvəzlənəcək.

Həmçinin onların köməyi ilə ölkə daxilində ödənişsiz telefon zəngləri etmək və mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq. Layihənin reallaşdırılmasına növbəti ildən başlanacaq.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Nyu-Yorkda 10 minədək belə çıxış nöqtəsi quraşdırmaq planlaşdırılır. Xidmət göstərilməsi üçün lazımi bütün xərcləri elan verənlər öz üzərinə götürəcək, sonuncuların elanları qurğuların ekranında yayımlanacaq. İlkin hesablamalara görə, reklam növbəti 12 ildə şəhər üçün 500 milyon dollar qazandıracaq.

Emil Hüseynov




18/11/14    Çap et