Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tarixin bu günü "Windows" əməliyyat sistemi istifadəyə verilib


"Windows 1.0" 1985-ci il noyabrın 20-də istifadəyə verilmiş 16 bit qrafik əməliyyat mühitidir. "Microsoft" şirkətinin fərdi kompüter (FK) üçün qrafik interfeysli çoxməsələli əməliyyat mühiti yaratmaq üçün etdiyi birinci cəhd olub.
 
Bill Qeyts deyib: "Bu unikal proqram təminatı ciddi kompüter istifadəçisi üçün nəzərdə tutulub..."
 
Artıq açılan menyular, fırlatma zolaqları, nişanlar və dialoq pəncərələri əlçatan idi. İstifadəçilər işə salınmış bir neçə proqram arasında rahat şəkildə keçid edə bilərdilər. "Windows 1.0" əməliyyat sisteminin (ƏS) tərkibinə "Paint", "Windows Writer", bloknot, kalkulyator, təqvim, kartoteka və gündəlik məsələləri idarə etmək üçün saat daxil olub. Hətta "Reversi" adlı oyun da olub.
 
"Windows 1.0" ƏS-i 16 kb həcmində mübadilə buferinə malik olub.
 
Qəribə olsa da, "Windows"un rəsmi istifadəyə verilmiş birinci versiyası "Windows 1.01" olub. "Windows 1.0" versiyasında ciddi səhv aşkar edilib.
 
"Windows 1.01" platforması isə "MS-DOS 2.0" əsasında hazırlanıb.
 
Emil Hüseynov




20/11/14    Çap et