Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Elektron hökumət” portalına qoşulub


“Elektron hökumət” portalında elektron xidmətlərini təqdim edən dövlət qurumlarının sırasını yenisi əlavə edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, növbəti olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) portala qoşulub.
 
“SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu”, “Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İtirilmiş hərbi bilet və ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri portala inteqrasiya olunub.
 
CAHANGİR
 
 




20/11/14    Çap et