Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “SMS” və “MMS” mübadiləsi üçün tətbiq hazırlayıb


“Google” korporasiyası SMS və MMS mübadiləsi üçün mobil tətbiq istifadəyə verib.

"ICTnews" elektron xəbər xidməti “nvua.net” saytına istinadən bildirir ki, “Messenger” adlanan tətbiq bir, eyni zamanda bir neçə istifadəçiyə mesaj göndərməyə imkan verir.

Həmçinin audio, foto və video əlavə etmək imkanı nəzərdə tutulub.

Faylları qurğunun qalereyasından seçmək olar.

“Google” əlavə olaraq faydalı sazlamalar və çoxlu smaylik olacaına söz verib.

“Messenger” mobil tətbiqi yeni “Material Design” üslubunda tərtib olunub, “Android” əməliyyat sisteminin 4.1 və daha yuxarı versiyası quraşdırılmış qurğularda işləyir. Bu mobil tətbiqi artıq “Play Market” onlayn mağazasından ödənişsiz yükləmək olar.

Emil Hüseynov




20/11/14    Çap et