Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Problemlərin həlli ilə bağlı sosial şəbəkə istifadəyə verilib


“Delicious” onlayn əlfəcin sisteminin (yazda YouTube yaradıcıları tərəfindən alınıb) yaradıcısı Coşua Şaçter “Jig” sosial şəbəkəsini istifadəyə verib.

“Jig” problemlərin həllinin onlayn versiyasını təklif edir. İş prinsipi sadədir: istifadəçi sual verir, xidmətin digər iştirakçıları isə öz cavab variantlarını təklif edərək ona kömək etməyə çalışırlar.

Hal-hazırda “Jig” sosial şəbəkəsinin funksionallığı yalnız sual-cavabla məhdudlaşdırılıb. Gələcəkdə xidmətin imkanları genişlənəcək.

“Jig” sosial şəbəkəsinin pulu necə qazanmağa hazırlaşdığı barəsində bildirilmir. Ehtimal ki, əsas gəlir mənbəyi reklam olacaq.




01/09/11    Çap et