Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Onlayn Media 2014” müsabiqəsi başa çatır


Bakıda bu gün “Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib.

Müsabiqənin təşkilatçısı olan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, toplantıda müsabiqəyə təqdim edilən yazıların və ‪#‎ehokumet və ‪#‎etehsil  həştəqləri üzrə tvitlərin qiymətləndirilməsinin yekunları müzakirə olunub.

Qiymətləndirmə 8 münsif tərəfindən 10 ballıq sistem üzrə aparılıb. Münsiflərin qiymətləndirməsinin yekunu olaraq qaliblər və fərqlənənlər müəyyən olunub.
Müsabiqəyə təqdim edilən bütün yazılar, münsiflər və qiymətləndirmə ilə bağlı məlumatlar “telim.org” saytında yerləşdirilib.

Müsabiqənin yekun təqdimat mərasiminin noyabrın 28-də keçirilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva




24/11/14    Çap et